Dişlərin ağardılması

Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.
Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl  düzgün təmizləmək lazımdır.
Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.
Davamı →

Dişlərin düzgün təmizlənməsi

Dişlərə düzgün qulluq edilməsi – onların sağlam və gözəl saxlanılması üçün əsas şərtdir. Dişləri hər gün səhər yeməyindən və axşam şam yeməyindən sonra yatmamışdan qabaq təmizləmək lazımdır. Hər dəfə yeməkdən sonra ağız boşluğunu  mütləq xüsusi eleksirlərdən (apteklərdə və dükanlarda satılır) istifadə etməklə yaxalamaq, ən yaxşısı isə, əgər imkan varsa, hər yemək qəbulundan sonra dişləri, diş fırçası vasitəsilə diş pastaları ilə təmizləmək lazımdır.
Davamı →

Bəyaz dişlər üçün | 10 məsləhət

bəyaz dişlər1. Dişlərinizə ləkə salacaq yeməklər yedikdən və ya içdikdən dərhal sonra onları fırçalayın. Yaxud da bir alma da yeyə bilərsiniz.
2. Ən azı 2- 3 aydan bir diş fırçanızı dəyişdirin. Əks halda, dişlərinizi fırçalayarkən, ancaq bakteriyaları ağzınıza ötürəcəksiniz.
3. Dişlərinizi 45 dərəcəlik bucaq altında yavaş-yavaş hərəkətlərlə fırçalayın.
4. Nəfəsinizi təravətli saxlamaq üçün hər səhər dilin üzərini dil təmizləyici ilə təmizləyin. Pis ağız qoxusunun səbəblərindən biri də dil üzərində çoxalan bakteriyalardır.
5. Axşam yeməyindən sonra çiy yerkökü, qovrulmuş qarğıdalı və kərəviz yemək faydalıdır.
6. Səhərlər alma sirkəsi ilə qarqara edin və sonra dişlərinizi fırçalayın. Bu zaman sirkə ləkələri yox edir, mikrobları öldürür.
7. Həftədə bir dəfə dişlərinizi karbonatla fırçalayın. Diş pastasına alternativ olaraq, dişlərinizi duzla iki gündən bir fırçalayın.
8. Bundan əlavə, nanəli şəkər yeyə bilər, ya da spirtsiz qarqaradan istifadə etmək olar. Spirtlə qarqara ağızdakı toxumaları öldürə və bakteriyaları həssas vəziyyətə gətirə bilər.
9. Dişlərinizin arasını diş sapı ilə təmizləyin. Bununla da istənilən vaxt dişinizin təmizliyini qoruya bilərsiniz.
10. Səhər vaxtı və gecə yatmazdan əvvəl mütləq dişlərinizi fırçalayın. 
Davamı →

Dişlər niyə çürüyür?

Dişlərin çürüməsinə uşaqlar arasında daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri də rejimsiz qidalanmadır.
Karbohidratların bakteriyalar tərəfindən parçalanması nəticəsində turşu ifraz olunur və diş səthində pH faktoru (mühitin turşluluğunun göstəricisi) aşağı enir ki, bu da kalsium ve fosfor ionlarının diş minasından ayrılması ilə nəticələnir.

Uşaqların inkşafı dövründə fosfor, kalsium və florun miqdarı az olduqda, eyni zamanda şəkərli və karbohidratlarla zəngin olan qidalardan daha çox istifadə edildikdə çürümə baş verir. Dişlərin vaxtında və kifayət qədər təmizlənməməsi də kariesin yaranma səbəblərindəndir.

Hamiləlik, yanlış olaraq dərmanlardan istifadə, orqanizmin müdafiə funksiyasının zəifləməsinə və dişlərin daha tez çürüməsinə səbəb olur.


Ardı →

Kənd uşaqlarının dişləri niyə çürük olur?

Görəsən keçmişdə dişləri necə təmizləyirdilər? Həyat yoldaşını Böyük Vətən müharibəsində itirmiş Nurayə nənənin ömrünün sonuna qədər öz dişləri ilə qidalanması uşaq vaxtlarımdan məni çox maraqlandırırdı. Çox sevinirəm ki, sağlığında bunu Nurayə nənədən öyrənə bildim. Sən demə, o dövrdə duz və kömürü ocaq külü ilə qarışdırıb dişlərini belə sürtürlərmiş.
İndi isə dişləri qorumaq üçün saysız-hesabsız imkanlar var. Bəs niyə bəzi valideynlər bu imkanlardan istifadə etmirlər?
Orta məktəb şagirdləri üzərində apardığım müşahidələrdə məni narahat edən bir sıra problemlərlə qarşılaşdım. Belə ki, fiziki cəhətdən tamamilə sağlam olan uşaqların dişləri çox pis vəziyyətdə idi.
Ardı →

Dişlərə qulluq

İnsanın dişlərinin qayğısına qalması hələ lap qədim zamanlara təsadüf edir. Lakin dişlərə qulluq əsasən gigiyenik məqsəd deyil, daha çox kosmetik məqsəd daşıyırdı.
Antik təbabətdə 1 çox reseptlər hazırlanırdı ki, onların tərkibinə bitkilərin külü, toz şəklinə salınmış daşlar, bal hopdurulmuş şüşə, yun və s. daxil edilirdi. Dişləri daşla, heyvanların dişləri və dırnaqları ilə təmizləyirdilər.
Bəzi yerlərdə hətta indiyə kimi qətranın köməyi ilə dişlərin ağlığına nail olurlar. Yeni Qvineya və Solomon adalarında bizim işlətdiyimiz diş tozuna bənzər vasitələrdən istifadə edirdilər. Şərqi-Afrika tayfaları taxta diş təmizləyicilərindən istifadə edərək dişləri yeməkdən sonra təmizləyirdilər.
Davamı →